Sosial şəbəkədə biz:

"Nardaran işi" ilə bağlı Baş Prokurorluğa müraciət edildi

27 June 2016, 17:04
Gündəm
Nardaran hadisələri zamanı saxlanılan Taleh Bağırovun yaxın adamlarından hesab edilən Abbas Hüseynin vəkili Fariz Namazlı Baş Prokurorluğa şikayət edib. Lent.az-a bu barədə vəkilin özü məlumat verib. F. Namazlı bildirib ki, artıq Nardaran hadisələri zamanı saxlanılan şəxslərin bir çoxu barəsində olan cinayət işinin istintaqı başa çatıb: “İttihamla vəkilləri tanış elədilər. Yalnız istintaq tərəfindən iş materiallarının bəziləri vəkillərə verilməyib. Əsas gətirirlər ki, sizə aidiyyatı yoxdur. Buna görə, prokurorluğa şikayət vermişəm”. Qeyd edək ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.