Özəl bankların ümumi mənfəətinin 65%-i 3 bankın payına düşüb
Azərbaycanda fəaliyyət göstərən özəl banklar bu ilin ilk yarısında 424 milyon 835 min manat xalis mənfəət əldə ediblər.
Özəl banklar tərəfindən əldə olunan mənfəətin 273 milyon 982 min manatı və ya 64,5%-i 3 bankın – “Kapital Bank”, “Paşa Bank” və “Xalq Bank”ın payına düşüb.
“Kapital Bank” bu ilin ilk yarısında 123 milyon 919 min manat, “Paşa Bank” 119 milyon 60 min manat, “Xalq Bank” isə 34 milyon 3 min manat xalis mənfəət əldə edib.
Onu da bildirək ki, Azərbaycanda fəaliyyət göstərən banklardan 2-si dövlət bankıdır. Həmin banklardan “Beynəlxalq Bank”ın mənfəəti bu ilin ilk yarısında 172 milyon 392 min manat, “Azər Türk Bank”ın mənfəəti isə 7 milyon 152 min manat olub. Yeniavaz.com