"Saakaşvili Gürcüstana qayıtsa, həbs olunacaq" - Nazir
"Mixail Saakaşvili Gürcüstan sərhədini keçən kimi həbs olunacaq"
APA xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani deyib. M. Saakaşvili dövlət büdcəsindən 5 mln. dollar məbləğində vəsaiti şəxsi məqsədləri üçün istifadə etməkdə şübhəli bilinir. Cari ilin may ayında sabiq prezident bildirib ki, Gürcüstana qayıdacaq və aktiv şəkildə siyasi proseslərə qoşulacaq.