Sosial şəbəkədə biz:

Lerikdə zəlzələ oldu (FOTO)

17 May 2015, 13:10
Gündəm
Azərbaycanın Lerik rayonunda zəlzələ olub. ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:54-də qeydə alınıb. Rayon ərazisində 11 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 3,1 bal gücündə olub. Təkanlar hiss edilməyib. Qeyd edək ki, bu Azərbaycanda təkcə may ərzində qeydə alınan 4-cü zəlzələdir. Bundan əvvəl Ağsu, Xəzər dənizi və İsmayıllı ərazilərində hiss edilməyən yeraltı təkanlar baş verib.