Sosial şəbəkədə biz:

“Qızlar özünü reklam edir ki, ərə gedirəm, sonra isə...”

"Qızlar ailə qurmamış sosial şəbəkədə özünü reklam edir ki, ərə gedirəm. İki ay keçməmiş eşidirsən ki, ayrılıb. Təki ad olsun ki, ərə getdi".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi "Nigar xanım" verilişində deyib. Sənətçi ailə üçün iki dəfə xəyanəti bağışladığını bildirib:

"Heç nəyə tələsmək lazım deyil. Heç kimi də qınamıram. Elə insanlar var ki, sənətini seçir. Mən də sənətimi sevirəm. Amma həmişə ailəli olmuşam. İki dəfə ailə qurmuşam. Boşanmağım xəyanətə görə oldu. Bir-iki dəfə xəyanəti bağışladım. Stres keçirirdim. Səhnədə oxuyurdum, kənarda ağlayırdım. Ürəyim elə qırıldı ki... Heç ağlıma gəlməzdi ki, boşanaram. Amma keçmiş həyat yoldaşım çox peşman oldu". 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol