Sosial şəbəkədə biz:

Sabir Zeynalov bürünc medal qazandı

Paris-2024 Yay Paralimpiya Oyunlarında bu gün parataekvondo yarışlarına start verilib.

Azərbaycan millisinin heyətində ilk gündə 1 paralimpiyaçı dayanqa çıxıb.

İlk mərhələdən azad olan Sabir Zeynalov 1/4 finalda Mitsuya Tanaka (Yaponiya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş parataekvondoçumuzun qələbəsi ilə bitib. 6:5 hesabı ilə qalib gələn Zeynalov mərhələ adlayıb. O, yarımfinalda türkiyəli Can Özcanla münasibətinə aydınlıq gətirib. 18:23 hesabı ilə uduzan Sabir bürünc uğrunda yarışıb. Parataekvondoçumuz tailandlı Tanva Taenxamla döyüşüb və inamlı qələbə qazanıb - 12:3. Bu, yığmamızın Fransa paytaxtında ilk medalı olub.

Qeyd edək ki, parataekvondo millimiz Paralimpiadaya 3 nəfərlə yollanıb.

Paris-2024: Zeynalov bürünc medal qazanıb (FOTO)


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol