Sosial şəbəkədə biz:

Sarkisyan Ərdoğana başsağlığı verdi

30 June 2016, 09:42
Gündəm
Ermənistan prezidenti Serj Sarkisyan İstanbulda baş verən terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib. Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir. Sarkisyan teleqramda İstanbuldakı terror aktını qəti şəkildə pislədiyini, həmçinin hadisə nəticəsində ölənlərin yaxınlarına başsağlığı verdiyini qeyd edib. Qeyd edək ki, son məlumata əsasən, iyunun 28-də Atatürk aeroportunda baş verən terror aktı nəticəsində 42 nəfər həlak olub, 240 nəfər isə yaralanıb.