Sosial şəbəkədə biz:

Dairələr üzrə ən az səsi Tənzilə Rüstəmxanlı toplayıb

Sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə əlaqədar səsvermədə ölkə üzrə lider namizədlər arasında ən az səsi 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Tənzilə Rüstməxanlı olub.

Pravda.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının elan etdiyi ilkin nəticələrə əsasən, T.Rüstəmxanlı cəmi 1 114 səs toplayıb.

Həmin dairədən onun əsas rəqibi Vəfa Nağıyeva olub. Sosial şəbəkələrdə müzakirələr zaman ehtimal edilir ki, seçki məntəqələrində baş verənlərə görə dairənin nəticələri ləğv edilə bilər. 

Az səs toplayanlar arasında ikinci yerdə isə 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Hicran Hüseynovadır. O, 2051 səs toplayıb.

Üçüncü yeri 4 714 səslə 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev tutur. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol