Sosial şəbəkədə biz:

İran yenə silkələndi

İranın Sistan və Bellucistan əyalətinin liman şəhəri olan Çabaharda zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, Tehran Universiteti Seysmoloji Araşdırmalar Mərkəzi zəlzələnin 5.2 bal gücündə olduğunu açıqlayıb. Yerin 10 km dərinliyində qeydə alınan təkanların episentri Çabahar şəhəri olub. Zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb. Təxminən 30 saniyə davam edən zəlzələnin Pakistanın bəzi yerlərində də hiss edildiyi bildirilir. Qeyd edək ki, iki gün əvvəl Çabaharda 5.3 bal gücündə daha bir zəlzələ baş vermişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol