Sosial şəbəkədə biz:

Qız evinin qonağı qadını vurdu, toy qana döndü - Bakıda olay

Bakıda "Şam bağı” restoranında keçirilən toy məclisində kütləvi dava olub.
Toy mərasimində mübahisə yaranıb. Mübahisə zəminində bəy evindən qonaq olan Nazilə Əsədovaya qız evinin qonağı Fariz Muradov (ad-soyadlar şərtidir) yumruq zərbəsi endirib. Bu zaman məclisdə iştirak edən 700 nəfər qonaq bir-birinə qarışıb, kütləvi əlbəyaxa olub. Şadlıq evinin mühafizəçiləri toy iştirakçılarını sakitləşdirə bilmədiyini görəndə hadisə yerinə polis çağırılıb. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının restorana gəlməsindən sonra kütləvi dava sakitləşdirilib, saxlananlar var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol