Sosial şəbəkədə biz:

Millimiz Olimpiadada dördüncü qələbəsini qazandı

AAzərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında daha bir qələbə qazanıb.

Belə ki, IV turda Monteneqro ilə qarşılaşan təmsilçilərimiz rəqibini 3:1 hesabı ilə üstələyib.

Aydın Süleymanlı - Denis Kadriç - 1:0

Nicat Abasov - Nikita Petrov - 0,5:0,5

Rauf Məmmədov - Nikola Cukiç - 0,5:0,5

Şəhriyar Məmmədyarov - Luka Draskoviç - 1:0

Bu qalibiyyət sayəsində yığmamızın aktivindəki xalların sayı 8-ə çatıb.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. Argentina ilə heç-heçə edib (2:2).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol