Sosial şəbəkədə biz:

Həlak olan əsgərimizin fotosu

Odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişən Azərbaycan Ordusunun əsgəri Nurbala Bağırovun fotosu yayılıb.
Unikal xəbər verir ki, 2005-ci il təvəllüdlü hərbçimiz Xızı rayonunun Sitalçay kəndindəndir.
Bildirilir ki, o, cari ilin iyul ayında hərbi xidmətə yollanıb, Kəlbəcər rayonunda hərbi xidmət keçib.
Hərbçimiz bu gün doğulduğu kənddə dəfn olunub.
Xatırladaq ki, daha öncə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə məlumat verilib. Araşdırma aparılır. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol