Sosial şəbəkədə biz:

Bu səlahiyyət Təhsil Nazirliyindən alındı

2015-2016-cı tədris ilindən etibarən ali təhsil müəssisələri əcnəbi vətəndaşın dil və ixtisas biliklərini yoxlamaqla, müəyyən etdikləri tələblərə cavab verən abituriyentlərin qəbulunu müstəqil surətdə apara biləcəklər. Bu barədə virtualaz.org saytına Təhsil Nazirliyindən məlumat veriblər. Nazirlikdən bildiriblər ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nı təsdiq edib. Yeni qaydalarda bəzi məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, əvvəllər əcnəbi tələbələrin qəbulu ilə bağlı Təhsil Nazirliyinin razılığı tələb olunurdu. Bu isə beynəlxalq təcrübəyə uyğun olmamaqla, bir sıra çətinliklər törədirdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol