Sosial şəbəkədə biz:

Bakı-Xarkov qatarında doğuş - Oğlan uşağı dünyaya gəldi+Foto

30 June 2016, 18:58
Gündəm
Bakıdan yola düşən 449/450 nömrəli Bakı-Xarkov sərnişin qatarı Volqoqrad stansiyasına yaxınlaşarkən qatar rəisi İlhamə Bağırova və 5-ci vaqonun bələdçiləri Göyçək Hüseynova və Şeyda Fətəliyeva vaqonun sərnişini, hamilə qadın Alina Veşeteçkanın ağrılarının kəskinləşdiyini görüb ona ilkin yardım göstəriblər. “ Azinforum.az ” ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, sərnişinin bir oğlan övladı dünyaya gəlib. Volqoqrad stansiyasında “Təcili yardım” çağırtdırılıb, övladı dünyaya gələn sərnişin Alina Veşeteçka xəstəxanaya aparılıb.   Bakı-Xarkov qatarında doğuş  -  Oğlan uşağı dünyaya gəldi+Foto