"Türkiyə bizim dostumuz və qardaşımızdır" - Pezeşkian
"Türkiyə bizim dostumuz və qardaşımızdır. Bu tərəf və o tərəf birdir. Biz bir-birimizlə ünsiyyət qurmalıyıq"
Bunu İran Prezidenti Məsud Pezeşkian yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən ilk mətbuat konfransında Türkiyə-İran əlaqələrinin perspektivləri ilə bağlı türkiyəli jurnalistin sualını cavablandırarkən deyib.
"Bizim motivasiyamız və istəyimizdir ki, Türkiyə və İrana birgə sərmayələr təkcə bu iki ölkədə deyil, Pakistan, Əfqanıstan kimi ölkələrdə və başqa ölkələrdə də olsun. Biz marşrut yarada bilərik ki, Türkiyəyə rahat gələk, siz də İrana rahat gəlib İran üzərindən Türkmənistan, Pakistan, Əfqanıstana gedəsiniz",-deyə Pezeşkian bildirib.
İran lideri Türkiyəyə mütləq səfər edəcəyini vurğulayıb.