Sosial şəbəkədə biz:

Azərbaycan qeyri-neft ixracından 2.2 mlrd. dollar gəlir əldə edib

2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2 milyard 179.9 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar sırasında meyvə-tərəvəz, kimya sənayesi məhsulları, plastmas, polietilen, polipropilen, alüminium və ondan hazırlanan məmulatlar, pambıq lifi və digər məhsullar yer alır.

Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (752 milyon ABŞ dolları) birinci yerdə qərarlaşıb. Bu siyahıda Türkiyə (394.6 milyon ABŞ dolları) ikinci və Gürcüstan (157.7 milyon ABŞ dolları) üçüncü, ABŞ (109.1 milyon ABŞ dolları) isə dördüncü olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol