Sosial şəbəkədə biz:

Naxçıvanda mədəniyyət nazirinin müavinlərinin sayı artırıldı

18 September 2024, 18:36
Gündəm

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Ali Məclis sədrinin Fərmanında dəyişiklik edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavinlərinin sayı 1-dən 2-yə çatdırılıb. Bir müavin ştatının artmasına görə Əsasnamənin müvafiq bənd və yarımbəndlərində uyğunlaşdırma məqsədilə dəyişiklik edilib.