Son günlər uşaqlar arasında yayılan virus nədir?
Vüsalə Əlizadənin qızı Diləyin səhhətində problem yaranıb.
Aparıcı bildirib ki, son günlər yayılan virus övladından yan keçməyib:
“Üç gündür qızım qızdırma içindədi, boğaz ağrısı çəkir. Dəhşət virus yayılıb, belə nasazlıq görəndə uşağı məktəbə, bağçaya göndərməyin. Başqa uşaqların da virusa yoluxub, bu zəhəri evinə, ailəsinə aparmağına səbəb olmayın”.
Məsələ ilə bağlı təcrübəli pediatr, həkim-allerqoloq Xəyalə Quliyeva "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, hər il payız fəslində yeni tədris ilinin başlanması ilə əlaqədar uşaqlar arasında infeksion xəstəliklər artır:

"Lakin infeksiyalar artır deyə, uşaqları məktəbdən, yaxud bağçadan kənarlaşdırmaq doğru fikir deyil. Bu zaman uşaqların dərsdən geri qalmaları müşahidə olanacaq.
Xəstəlikdən qorunmaq üçün valideynlər uşaqlara gigiyenik qaydalara əməl etməyi öyrətməlidirlər. Uşaqların burnuna dəniz suyu tərkibli spreylər vurulmalıdır, vitaminlər verilməlidir.
Bu, uşaqları xəstəliklərdən qoruyur. Bununla yanaşı, xəstə uşaqlar sağalana qədər dərsə gəlmələlidir, gəlsələr belə, tibbi maskadan istifadə etməlidirlər".