Sosial şəbəkədə biz:

Misir Mərdanov çəki atmaq üçün dietoloq yanına getdi: "Bunun kimə nə dəxli var ki?!"

Sabiq təhsil naziri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov artıq çəkidən əziyyət çəkir. Məlumata görə, 78 yaşlı sabiq nazir artıq çəkidən xilas olmaq üçün dietoloq Ləman Süleymanovanın qəbulunda olub.

Sabiq nazir paytaxtda yerləşən özəl xəstəxanaların birində müayinədən keçib, dietoloqun təyin etdiyi prosedurlara başlayıb. 

Faktı Misir Mərdanov Manset.az-a təsdiqləyib:

"Sağlamlığımla bağlı hər hansı bir problem yoxdur. Müəyyən bir çəkidə qalmaq istəyirəm. İnsanların da mənim bu addımımı müzakirə etməsini istəmirəm. Bunun kimə nə dəxli var ki?!".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol