Sosial şəbəkədə biz:

Afət Flora Kərimovanı oğlunun toyuna çağırdı - VİDEO

25 September 2024, 16:35
Gündəm

Müğənni Afət Fərmanqızı qalmaqal yaşadığı Xalq artisti Flora Kərimovanı oğlunun toyuna dəvət edib. Sənətçi bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, toy oktyabrın 7-də olacaq:

"Gəlin şənlənək. Şad olaram ki, Flora Kərimovanı oğlumun toyunda görüm, əllərindən öpüm. Hüquq müstəvisində hər şey öz həllini tapıb. Bunu başqa yerlərə yozmasınlar. İstəmərəm sənətkarla aramızda küsülülük qalsın. 5 il əvvəl başqa yaşda idim, indi başqa".

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.

https://www.youtube.com/embed/cT6aMs4kdKM