Sosial şəbəkədə biz:

Məişət zorakılığı ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır

26 September 2024, 16:57
Gündəm

Məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır.

Bunu Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova Gənc Ailə Forumunda deyib. Onun sözlərinə görə, hazırda 30-dan çox qanunvericilik aktı icradadır.

Komitə sədri əlavə edib ki, indiyə qədər mövcud qanunlara bir çox dəyişikliklər edilib, yeni qanunlar qəbul olunub.