“A-Qroup”da geri sayım davam edir – Biznes itkiləri 1,6 mln. manat
Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış "A-Qroup Sığorta" şirkətinin yığımları 2024-cü ilin ilk beş ayında azalmaqda davam edib.
Sığorta şirkəti bu ilin yanvar-avqust aylarında 10,09 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13,4% və ya 1,56 milyon manat azdır. 2023-ci ilin ilk səkkiz ayında şirkət 11,65 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların azalması ilə paralel sığorta şirkəti müştərilərinə daha az ödəniş verməyə başlayıb. vakansiyalar
Belə ki, "A-Qroup Sığorta"nın ödənişləri ilk səkkiz ayda 8% və ya 758 min manat civarında azalaraq 8,86 milyon manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 9,62 milyon manat təşkil edib.
Şirkətin yığımlarında ödənişlərə nisbətən daha çox azalma onun zərərliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib.
“A Qroup”un zərərliliyi son bir ildə 83%-dən 88%-ə qədər yüksəlib. Yəni, şirkət ötən ilin yanvar-avqust aylarında topladığı sığorta haqqının hər 100 manatından 83 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 88 manata kimi artıb.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.