Sosial şəbəkədə biz:

Azərbaycanda dəniz nəqliyyatı ilə beynəlxalq daşımalar artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyard 605,3 milyon ABŞ dolları dəyərində 1 milyon 908,4 min ton yük daşınıb.

Azinforum.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 27,4 % və 5,1 % çoxdur.

8 ayda dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 61,6 min ton (illik müqayisədə 17,9 % çox), dəyəri 77,5 milyon ABŞ dolları (32,4 % az), idxal olunan yüklərin isə həcmi 1 milyon 846,8 min ton (4,7 % çox), dəyəri 1 milyard 527,7 milyon ABŞ dolları (33,4 % çox) təşkil edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol