Sosial şəbəkədə biz:

"Bu, ölkəmizdə südün qiymətinin azalmasına səbəb ola bilməz"

Yaxın illərdə Rusiyadan Azərbaycana süd məhsullarının ixracı 2-2,5 dəfə arta bilər. 

Bu barədə Rusiya ixracatçı şirkətlərinin işgüzar missiyası çərçivəsində Bakıda keçirilən "Süd məhsullarının tədarükünün artırılması potensialı" adlı dəyirmi masanın yekunları üzrə “Aqroeksport” mərkəzi məlumat yayıb. 

Mərkəzin məlumatına görə, 2023-cü ildə Rusiya Azərbaycana 17 min ton süd məhsulları tədarük edib. Eyni zamanda, bu cür tədarüklə məşğul olan şirkətlərin qiymətləndirmələrinə görə, növbəti iki il ərzində bu həcmi 2-2,5 dəfə artırmaq üçün bütün şərtlər mövcuddur. 2019-2023-cü illərdə Rusiyadan Azərbaycana süd məhsulları tədarükünün dəyəri 1,5 dəfə artaraq 19 milyon ABŞ dollarına çatıb. Tədarükün əsasını turş süd məhsulları (44 %), pendir (19 %) və quru süd (14 %) təşkil edir. 

Maraqlıdır, ölkəmizə Rusiyadan daha çox ağartı məhsullarının idxal edilməsi ölkə daxili bazara necə təsir edəcək? 

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Rusiyadan ölkəmizə ağartı məhsullarının idxalı ölkədaxili təlabatı ödəməyə kifayət edir: 

“Lakin bu, ölkəmizdə südün qiymətinin azalmasına səbəb ola bilməz. Belə ki, ölkəmizə idxal olunan istənilən məhsulunun mövcüd maya dəyəri nə qədər aşağı olsa da, onlara çəkilən loqostik xərc kifayət qədər yüksəkdir”. 

Ekspert qeyd edib ki, yerli istehsala təkan vermək lazımdır: 

“Ölkəmizə son bir neçə ildir ki, kənd təsərrüfatı məhsullarının idxalı artır. Bu da ölkədən valyutanın çıxmasına, ölkə daxili bazarda qiymətlərin artmasına səbəb olur. Süd və süd məhsullarının idxalının çoxalması da yerli heyvandarlığa mənfi təsir etməsə də, amma gələcəkdə başqa problemlərə zəmin yarada bilər”. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol