Əhalinin banklardakı pulu artıb
Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi artıb.
Bu haqda Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat verib.
Bildirilib ki, hazırda əhalinin banklarda 14 milyard 185 milyon 500 min manat pulu var.
Bu isə avqust ayı müqayisədə 222 milyon 200 min manat çoxdur.
Qeyd edək ki, ötən ayın statistikasına görə əhalinin banklardakı əmanətinin həcmi 13 milyard 963 milyon 300 min manat olub.