Sosial şəbəkədə biz:

Şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi müəyyənləşib

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi müəyyənləşib.

Xatirə turnirində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında mübarizə aparan Yan Nepomnyaşi bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

Rapid yarışında 10 xal toplayan qrosmeyster blitsdə aktivinə 9 xal yazdırıb. O, yekunda 19 xalla turnirin qalibi olub.

Özbəkistanlı Nodirbek Abdusattorov (18) ikinci, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov (16) isə üçüncü yeri tutub.

Qeyd edək ki, memorial Azərbaycan Şahmat Federasiyasının, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 10-cu dəfə təşkil olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol