Sosial şəbəkədə biz:

General partiya sədrinin oğlunu işdən çıxardı

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun Fövqəladə Hallar Nazirliyində (FHN) general köməkçisi işləyən oğlu Cavid Səmədov vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin köməkçisi vəzifəsində çalışan daxili xidmət mayoru Cavid Səmədov vəzifəsindən azad olunaraq, sərəncama götürülüb. 

Partiya sədrinin oğlu Faiq Tağı-zadənin əmri ilə vəzifəsindən azad edilib. 

Abutalıb Səmədov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib: 

"Övladım 40 yaşı keçib və mən bilən öz istəyi ilə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol