Sosial şəbəkədə biz:

B️ıçaqlanan Vidadi İsgəndərli VƏFAT ETDİ

01 October 2024, 14:06
Gündəm

Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli ölüb.

Bu barədə jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında məlumat verib.

“Vidadi İsgəndərli xəstəxanada vəfat etdi! Aldığı çoxsaylı bıçaq zərbələri onun həyatına son qoydu və xilas etmək mümkün olmadı” - o bildirib.

Qeyd edək ki, Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli dünən bıçaqlanmışdı. Reanimasiya şöbəsinə yerləşdirilən V. İsgəndərlinin vəziyyəti ağır olaraq qiymətləndirilirdi.