Sosial şəbəkədə biz:

“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."

Son günlər türkiyəli baş məşqçi Fatih Terim ilə bağlı ilginc iddia yayılıb. 

Belə ki, “İmperator” ləqəbli mütəxəssisin Azərbaycana gələ biləcəyi deyilir. Türk mediasındakı iddialara əsasən, “Neftçi” Fatih Terimlə maraqlanır. Hətta onun paytaxt klubundakı qazancının 2 milyon avro olacağı ilə bağlı da fikirlər səsləndirilib. 

Futbol gündəmini zəbt edən iddia nə dərəcədə doğrudur? Fatih Terim həqiqətən də “Neftçi”yə gəlir? 

Bununla bağlı “Neftçi”nin mətbuat xidməti ilə əlaqə saxladıq. 

Klubun mətbuat katibi Asəf Zeynallı “Cebheinfo.az”-a açıqlamasında sözgedən iddiaları təkzib etdi: 

“Belə bir məlumatı ilk dəfə eşidirəm. Fatih Terim gündəmimizdə yoxdur. Onunla danışıqlar apardığımız və Azərbaycana gələcəyi barədə xəbərlər həqiqəti əks etdirmir. Hazırda bütün diqqətimiz "Kəpəz"lə 4 oktaybrda oynayacağımız matçdadır. Həmin matça hazırlaşırıq”. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol