Sosial şəbəkədə biz:

Gənclər arasında işsizlik səviyyəsi – Ölkələrin siyahısı

Dünyada 15-24 yaş arası gənclər arasında işsizlik səviyyəsinin ən yüksək olduğu ölkə Anqola hesab olunur.
Yeniavaz.com “Trading Economics” portalına istinadən xəbər verir ki, Anqolada gənclərin 63,5%-i işsizdir.
Gənclər arasında işsizlik səviyyəsinin ən aşağı olduğu ölkə isə İsveçrə hesab olunur. Bu ölkədə 15-24 yaş arası gənclərin cəmi 2,7%-i işsizdir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi Azərbaycanda 15-24 yaş arası gənclərin 13,1%-nin işsiz olduğunu açıqlayıb. Gənc oğlanlar arasında bu göstərici 11,8%, gənc qızlar arasında isə 14,8% olub.
Məlumat üçün onu da bildirək ki, keçmiş SSRİ və qonşu ölkələr arasında işsiz gənclər ən çox Estoniyada, ən az Qazaxıstandadır.
Keçmiş SSRİ və qonşu ölkələrdə 15-24 yaş arası gənclər arasında işsilzik səviyyəsi aşağıdakı kimi olub:
Estoniya – 22,7%
Gürcüstan – 21%
Litva – 20,5%
İran – 20%
Ukrayna (2021-ci il) – 19.1%
Ermənistan – 18,9%
Türkiyə - 16,6%
Latviya – 16,6%
Azərbaycan – 13,1%
Rusiya – 12,7%
Belarus – 10,2%
Moldova – 7,6%
Qazaxıstan –  3,2%


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol