Sosial şəbəkədə biz:

Azərbaycanın Rusiyadakı yeni səfiri Lavrovla görüşdü

05 October 2024, 10:02
Gündəm

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Moskvadakı yeni səfiri Rəhman Mustafayevə peşəkar fəaliyyətində uğurlar arzulayıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Oktyabrın 4-də Azərbaycan Respublikasının Rusiya Federasiyasına təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov tərəfindən qəbul edilib”, - məlumatda bildirilir.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, daha sonra Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də Mustafayevlə görüşüb və görüş zamanı səfir ona etimadnaməsinin surətini verib:
“Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafı vurğulanıb, ikitərəfli gündəlikdəki bəzi aktual mövzular müzakirə edilib”.