Sosial şəbəkədə biz:

Bakıda obyektdə iyrənc mənzərə: Siçovul pirojkini belə yedi - VİDEO

Bakıda pirojki satılan yerdə siçovul görüntülənib.

Sosial şəbəkədə yayılan iyrənc mənzərədə siçovulun satışa qoyulan pirojkini yeməsi əks olunub.

Görüntülər metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən “Zülfi Ustanın” obyektində lentə alınıb.

Dönərxanada çalışmadığını iddia edən xanım isə “bütün mətbəxlərdə siçan olur” deyib. Obyektdə işləyənlər bununla da kifayətlənməyərək işini icra edən agentliyin müfəttişlərini də hadisə yerindən qovmaqdan çəkinməyiblər.

Bundan başqa məkanda antisanitar vəziyyətin hökm sürdüyü də aşkar edilib.

Obyektin fəaliyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məhdudlaşdırılıb və protokol tərtib edilib.

Daha ətraflı süjeti təqdim edirik:

https://www.youtube.com/embed/CKPQYrB7n_M


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol