Sosial şəbəkədə biz:

Naxçıvanda bu il KOB subyektləri 22 mənşə sertifikatı alıb

Bu ilin yanvar-sentybar aylarında Naxçıvan Muxtar Respublikasında KOB subyektlərinin istehsalı olan məhsullara 22 halda mənşə sertifikatı verilib.

Bunu Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında çıxış edən muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Qeyd edib ki, bu ilin 9 ayında özəlləşdirilən dövlət əmlakların 93,8 %-i KOB subyektləri tərəfindən həyata keçirilib, verilən lisenziyaların 97,4 %-i KOB subyektlərinin payına düşüb.

Həmçinin maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri olub. 9 ay ərzində bank və kredit təşkilatları tərəfindən KOB subyektlərinə verilən kreditin 7,8 %-i Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondlarının vəsaitləri hesabına təmin edilib.

Fond tərəfindən verilən güzəştli kreditlərin layihə sayı üzrə 92 %-i, kreditin məbləği üzrə isə 27,7 %-i Kiçik və Orta Sahibkarlıq subyektlərinin payına düşüb.

Muxtar respublikada iqtisadi sahədə həyata keçirilən tədbirlər, o cümlədən iqtisadiyyata investisiya qoyuluşunun təşviqi, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırılması, səmərəliliyinin yüksəldilməsi, şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılması məqsədi daşıyır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol