Sosial şəbəkədə biz:

Millətlər Liqası: Azərbaycanlı azarkeşlər üçün biletin qiyməti

08 October 2024, 00:23
Gündəm

UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan millisinin azarkeşləri üçün ayrılan bilet qiyməti bəlli olub.

Belə ki, qonaq tərəfdarlar üçün ayrılmış B-16 sektoruna biletlərin qiyməti 35 AZN-dir.

Yığmanı səfərdə dəstəkləmək istəyən azarkeşlər biletlər "iTicket.az"da onlayn şəkildə əldə edə bilərlə.

Qeyd edək ki, oktyabrın 11-də Tallin şəhərində yerləşən “Lilleküla” stadionunda keçiriləcək Estoniya – Azərbaycan matçı yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.