Sosial şəbəkədə biz:

Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

08 October 2024, 00:26
Gündəm

Bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə danışıb.

Azinforum.az xəbər verir ki, "Humanitar məsələlər bloku çərçivəsində Moskva sammitində MDB liderləri Laçın şəhərinə 2025-ci ildə birliyin mədəniyyət paytaxtı statusunun verilməsi ilə bağlı qərar layihələrini nəzərdən keçirəcəklər" - deyə Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib.

Xatırladaq ki, 2024-cü ildə Özbəkistanın Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb.