Sosial şəbəkədə biz:

Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasında iki bəyanata qoşulmayıb

08 October 2024, 00:30
Gündəm

MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistan iki bəyanata qoşulmayıb.

Bu barədə Ermənistanın “İctimai” televiziyasına Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Söhbət iki bəyanatdan gedir: “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” və “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında”, - Ani Badalyan deyib.