Sosial şəbəkədə biz:

Nazir: Elmi dərəcəsi olanların hamısı əsl alim deyil

Dünyada phd (fəlsəfə doktoru) elmi dərəcəsi olan adamların hamısı əsl alim deyil.

unu Bakıda “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib.

"Belə elmi dərəcəsi olanlara "siz alim deyilsiniz" deməkdən qorxmalı deyilik. Alimin elmi tədqiqatı olmalıdır", - deyə nazir qeyd edib. 

O bildirib ki, bu aydan başlayaraq 100-dən artıq alimə mükafatlar veriləcək: "Bu hələ başlanğıcdır və davam edəcək".

Mükafatlar 700 manatdan 1000 manatadək nəzərdə tutulub. APA


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol