“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Ağsu rayonunda tədbir keçirib
“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Zəngin İrs, Güclü Gələcək” layihəsi əsasında Ağsu Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində maarifləndirici tədbir təşkil edib.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin MyGrant layihəsinin koordinatoru Heydər Mirzəyev, Ağsu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Umud Cavid, Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, Ağsu Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elşən Mustafayev, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini və İNAM İctimai Birliyinin təsisçisi Ayşən Hüseynova, layihənin eksperti, Azərbaycan Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxışlar zamanı milli-mədəni irsimizin qorunmasının əhəmiyyəti, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsi, eləcə də tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi vurğulanıb.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və interaktiv müzakirələr, qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.
