Sosial şəbəkədə biz:

Azərbaycanda əmək müqavilələrinin sayı azalıb

Bu il sentyabr ayının 1-nə olan məlumata görə, bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 852 min  887 olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətiməlumat yayıb.
Məlumat üçün bildirək ki, son 2 ay ərzində əmək müqavilələrinin sayı 1 720 vahid artıb. Belə ki, iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 854 min 607 olub.
Onu da bildirək ki, Dövlət Statistika Komitəsinin bu il iyul ayının 1-nə olan məlumatına görə, Azərbaycanda muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1 milyon 760,8 min nəfər olub. Açıqlanan rəqəmlərdən də göründüyü kimi, əmək müqavilələrinin sayı əmək müqaviləsi ilə işləyən muzdlu işçilərin sayından 93,8 min vahid və ya 5,3% çoxdur.
Onu da qeyd edək ki, əmək müqaviləsi muzdlu işçilərin sayından o halda çox ola bilər ki, 1 nəfər muzdlu işçi ilə birdən çox əmək müqaviləsi imzalansın.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol