Sosial şəbəkədə biz:

“Ermənistan bu ay sülh sazişi layihəsini imzalamağa hazırdır” – Paşinyan

“Ermənistan bu ay Azərbaycanla sülh sazişi imzalamağa hazırdır və bu, ölkənin rəsmi mövqeyidir”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında deyib.
O, yenə də artıq razılaşdırılmış məqamların imzalanmasını və həll olunmamış məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib.
Paşinyan bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işinin əsasnaməsini təsdiq etdiyini xatırladıb və bu qərarın əhəmiyyətini vurğulayıb. Məhkəmə təsdiq edib ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən sovet dövründəki sərhədləri tanıması ölkə Konstitusiyasına uyğundur və bu, sülh danışıqlarında gələcək addımlar üçün hüquqi əsas yaradır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol