Sosial şəbəkədə biz:

Sabiq deputat: Bakıda kazinoların açılması tərəfdarıyam

Kazinoların açılmasına tamamilə tərəfdaram.

Pravda.az xəbər verir ki, bunu sabiq deputat Rüfət Quliyev deyib. 

O qeyd edib: “Kazinoların açılması ilə bağlı qanuna hansı dəyişiklik edilməlidir, bunu bilmirəm, amma Emin Ağalarovun fikri ilə tamamilə razıyam. “SeaBreeze” kimi əməlli-başlı şəhərcik yaradılıb və inkişafdadır. Yerli vətəndaşlara kazinoda oynamaq elə də asan olmayacaq, amma xaricilər üçün yaradılmalıdır. vakansiya

Yeri gəlmişkən, ictimaiyyətin də müəyyən təklifləri olmalıdır. Bütün bunları nəzərə alaraq kazinoların açılmasına icazə verilməlidir. Lakin hansı formada, bunu deyə bilmirəm. Amma kazinoların açılmasına tamamilə tərəfdaram. Birincisi, nəzərə almaq lazımdır ki, büdcəyə ödəmələr olacaq. İkincisi, yüzlərlə insan işlə təmin olunacaq, özü də yüksək qazanclı işlərlərlə. Üçüncüsü, daha çox maraq yaradacaq, xaricdən xeyli sayda turist gələcək”. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol