"Azəriqaz"ın şüşəsini silən gənc 7-ci mərtəbədən yıxıldı
Bakıda 25 yaşlı Göyçay sakini 7-ci mərtəbədən yıxılıb. Hadisə Xətai rayonunda yerləşən “Azəriqaz” İB-nin baş ofisində qeydə alınıb. Göyçay rayon sakini, 1990-cı il təvəllüdlü Mahmud Səhrab oğlu Mahmudov ofisin şüşəsini silərkən 7-ci mərtəbədən yıxılıb. M.Mahmudov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib (APA)