Sosial şəbəkədə biz:

“Xınalığın əsas sərvəti insanlarıdır” – | VİDEO

10 October 2024, 00:40
Gündəm

"Xınalıq kəndində təmir-bərpa işləri aparılmazdan qabaq evlərin vəziyyəti ürəkaçan deyildi idi. Onları təmir edib, əhaliyə təhvil veririk. Əsas məqsədimiz UNESKO-nun İrs siyahısına daxil edilmiş, 1200 sakinin yaşadığı Xınalıqda, eləcə də Hacıqabuladək 6 rayonun ərazisindən keçən 220 kilometr uzunluğa malik köç yolunda bərpa işləri aparmaqdır”.

Bu sözləri Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Xınalıq kəndində jurnalistlərlə söhbətində deyib. O bildirib ki, hazırda Hacıqabulda da informasiya mərkəzi yaradılmaqdadır. Bu günlərdə Xınalıqda artıq köç başlayıb. Təqribən 500 sakin, əsasən gənc kişilər köç yolundan istifadə edərək Hacıqabul istiqamətinə gedəcəklər.

https://www.youtube.com/watch?v=6IGy96JPDkE
“Xınalığın əsas sərvəti məhz insanlardır. Biz onların məişətini, həyat tərzini, yaşayış yerlərini qoruyub saxlamaq, onları iş yerləri ilə təmin etmək üçün çalışırıq. Bu təmir-bərpa işini də kənar qüvvələrlə yox, məhz icmanın özü ilə birlikdə aparırıq. Hər sakin öz evinin təmiri ilə məşğul olarkən onlara lazımi vəsait ayırırıq",- Kənan Quluzadə deyib.