Sosial şəbəkədə biz:

Nazirlik 5 filmin post-prodakşn işlərinə 81 min pul xərcləyəcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi 4 şirkət ilə 5 tammetrajlı və qısametrajlı filmin post-prodakşn işlərinin tamamlanması xidmətləri üçün satınalma müqavilələri imzalayıb.
Bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə Kino Agentliyi 4 şirkətə ümumilkdə 81 min 213 manat ödəyəcək.
Qeyd edək ki, Kino Agentliyi vəsait ayırdığı şirkətlər və filmlər aşağıdakılar olub:
“Chinar film” MMC (VÖEN – 1506619791) – “Tərsinə kölgələr” qısametrajlı bədii filmi (12 075 manat);
“Bumeranqfilm” MMC (VÖEN – 2906544551) – “Sən haralısan, durna?” tammetrajlı sənədli filmi (20 000 manat);
“Rental Azərbaycan” MMC (VÖEN - 1003213861) – “Yaddaş sarayları” qısametrajlı sənədli filmi (11 550 manat);
“Chinar film” MMC (VÖEN – 1506619791) – “Qara pişik,ağ şanı” tammetrajlı sənədli filmi (17 640 manat);
“Karvan Production” MMC (VÖEN – 2005905731) – “Geri dönüş” tammetrajlı sənədli filmi (19 948 manat). Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol