Sosial şəbəkədə biz:

AYNA-dan Ədalət Şükürova CAVAB: Əməkdar artist quruma dəvət olunur

10 October 2024, 00:53
Gündəm

Xəbər verildiyi kimi Əməkdar artist Ədalət Şükürov paytaxt yollarından və tıxaclarından narazılığını dilə gətirib və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı olduğunu bildirib.

Qurumdan BAKU.WS-ə bildirilib ki, Əməkdar artist Ədalət Şükurovun fikirlərinə hörmətlə yanaşırıq və onun təkliflərini dinləməyə hazırıq:

"Necə ki, bu gün AYNA tərəfindən Akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və rəyləri dinlədik.

Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə alındı.

Belə bir konteksdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə fikirlərini dinləyə bilərik", - deyə qurumdan bildirilib.