Sosial şəbəkədə biz:

Dövlət idarəsi 3 il əvvəl görülən iş üçün indi tender keçirir? – Müəmma

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tender müsabiqəsi (Kotirovka sorğusu) elan edib.
Tender müsabiqəsi Dövlət Radiotezliklər İdarəsinin veb saytının hazırlanması ilə bağlıdır.
Bildirilir ki, görüləcək işlərə veb saytın (dri.az) hazırlanması (Texniki tapşırığa uyğun olaraq tələblərin öyrənilməsi, dizayn edilməsi, mokapların hazırlanması, təhvil verilməsi) və 1 illik texniki dəstəyin verilməsi daxildir.
Dövlət Radiotezliklər İdarəsi qeyd olunan işlərin ehtimal olunan qiymətini 20 min 252 manat həddində müəyyən edib.
Məlumat üçün onu da qeyd edək ki, Dövlət Radiotezliklər İdarəsinə məxsus “dri.az” saytı 3 il əvvəl –  2021-ci ilin dekabr ayında istifadəyə verilib. Yeniavaz


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol