Məhsul da artır, qiymət də: NİYƏ?
Cəlilabadda bu il ötən illə müqayisədə meyvə və giləmeyvə istehsalı artıb.
Belə ki, bu il 2286 hektar sahədə meyvə və giləmeyvə yetişdirilib. İndiyə qədər 33 810 tob məhsul əldə olunub. Ötən il isə 2 184 hektar sahədə meyvə və giləmeyvə yetişdirilib. Cari ilin müvafiq dövrü ilə müqayisədə ötən il 28 487 ton məhsul toplanıb.
Qeyd edək ki, rayon ərazisində üzüm, çiyələk, gilas, nar, xurma, qoz, fındıq və badam kimi meyvə və giləmeyvə sahələri var.
Ölkəmizdə meyvə və giləmeyvə istehsalı artdığı halda niyə qiymətlər ucuzlaşmır?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-ın açıqlamasında deyib ki, istehsal artsa da, ölkədaxili təlabatı ödəməyə kifayət etmir:
Ölkədaxili bazarda təbii şəkildə bitən giləmeyvə satışı çox azdır. Qış aylarında isə ümümiyyətlə, satılmır. Səbəb az əkilməsidir. Bazarlarda daha çox istixanada yetişdirilən məhsul satılır”.
O qeyd edib ki, istetehsalla məşğul olan sahibkarların sayının artması üçün stimullaşdırıcı tədbirlər görülməlidir:
“Ölkəmizdə keçən illə müqayisədə meyvə və giləmeyvə istehsalı nisbətən artıb. Lakin açıqlanan rəqəmlər elə də yüksək deyil. Tək Cəlilabad rayonunda deyil, həm də digər bölgələrdə istehsalın artması üçün lazımi şərait yaradılmalıdır. Xüsusilə işğaldan azad olunmuş əraziləri prioritet götürmək olar”.