Sosial şəbəkədə biz:

Mehriban Ələkbərzadə: “Qarabağ bizim onurğa sütunumuzdur”

"Qarabağ bizim onurğa sütunumuzdur. Bu gün biz bu ərazilərin torpaqdan yurda çevrilməsinin şahidiyik. Qayıdış sevgi ilə həyata keçirilir. Bu sadəcə nə vaxtsa yaşadığın torpaqlara qayıdış deyil, bu yurduna qayıdışıdır, doğma yurdunda ocaq yandırmaq həsrəti idi. Biz orada əbədi olacağıq”.

Bu fikirləri Əməkdar incəsənət xadimi, teatr və kino rejissoru Mehriban Ələkbərzadə deyib.

Onun fikrincə, işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı yenidən doğulmağa bərabərdir. İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. 

Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol