Sosial şəbəkədə biz:

Həbsxanada olan sabiq nazir xəstəxanaya yerləşdirildi

18 May 2015, 14:17
Gündəm
17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev xəstəxanaya yerləşdirilib. Səhhətində yaranan problemə görə o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb. Nicat Quliyevi 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.