Sosial şəbəkədə biz:

Əkrəm Əylisli: "Xahiş etmişdim, yazılı məlumat versinlər, heç bir məlumat göndərmədilər"

Yazıçı Əkrəm Əylisli şəxsiyyət vəsiqəsinin müsadirə edilməsi ilə bağlı baş prokuror Kamran Əliyevə ünvanladığı müraciətin nə ilə nəticələndiyindən xəbərsizdir. 

Bu barədə Pravda.az-a danışan Ə.Əylisli deyib ki, Baş Prokurorluğa ünvanladığı məktubla bağlı nə nəticə olduğunu bilmir:  “Xahiş etmişdim ki, bu barədə mənə yazılı məlumat versinlər. Heç bir məlumat göndərmədilər. Vəssalam. Mən də maraqlanmadım”. 

Xatırlatma: Əkrəm Əylisli 8 ildən çoxdur, şəxsiyyət vəsiqəsinin Baş Prokurorluq tərəfindən müsadirə edilməsi səbəbindən bir çox məişət məsələlərində ciddi problemlər yaşaması barədə iyun ayında baş prokuror Kamran Əliyevə məktubla müraciət etmişdi. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol